Tramp: Somalidə terrorçuların hədəflərini vurduq Dünya

Tramp: Somalidə terrorçuların hədəflərini vurduq

ABŞ Prezidenti Donald Tramp sosial media hesabından verdiyi açıqlamada Somalidə terror hədəflərini vurduqlarını bildirib.

O, "Somali xalqına terrora son qoymaq və rifah gətirmək üçün davamlı dəstəyimiz davam edəcək. Onlar Husilərin yerləşməsinə imkan verməməlidirlər" deyə qeyd edib.

Tramp həmçinin terrorla mübarizə səylərinin davam etdiyini bildirib.