Ukraynanın Azərbaycandakı Səfirliyində bayraqlar endirilib Dünya

Ukraynanın Azərbaycandakı Səfirliyində bayraqlar endirilib

Ukraynanın Azərbaycandakı Səfirliyində bayraqlar endirilib.

APA-nın məlumatına görə, bu barədə paylaşımı səfir Yuri Husev sosial şəbəkədəki hesabında edib.

O qeyd edib ki, Sumı şəhərinə raket hücumu nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti kimi Səfirlikdə elektron matəm kitabı yaradılıb.

Y. Husev yazıb ki, dünyanın bir sıra ölkələrindəki diplomatik nümayəndəliklərdə də analoji addım atılıb.

Səfir kitabın 14-15 aprel tarixlərində açıq olacağını əlavə edib:

“Başsağlığı ilə bağlı elektron məktublar: [email protected] ünvanına göndərilə bilər. Raket hücumu nəticəsində 34 nəfər həlak olub, 117 nəfər yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk".

Xatırladaq ki, aprelin 13-də səhər saatlarında Rusiyanın Ukraynanın Sumı şəhərinin mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində 30-dan çox insan həlak olub.