Kreml: ABŞ ilə münasibətlər yaxşı istiqamətdə gedir, atılacaq çox addım var Dünya

Kreml: ABŞ ilə münasibətlər yaxşı istiqamətdə gedir, atılacaq çox addım var

Kremlin sözçüsü Dmitri Peskov Rusiya və ABŞ münasibətləri ilə bağlı Rusiya mətbuatına açıqlama verib. Peskov ABŞ ilə əlaqələrin yaxşı istiqamətdə irəlilədiyini qeyd edərək, "Münasibətlərin canlandırılması çox çətin bir işdir, intensiv diplomatik və digər səylər tələb edir. Qarşılıqlı etimadı gücləndirmək üçün kiçik addımlar atılır" deyib.

Xalqcəbhəsi.az “Haber Global”a istinadən qeyd edir ki, ABŞ ilə təmasların kəşfiyyat xidməti və Xarici İşlər Nazirliyi vasitəsilə davam etdiyini bildirən Peskov, "İki ölkənin diplomatik nümayəndəliklərinin normal fəaliyyəti ilə bağlı çoxlu nüans var" dedi.

Peskov iki ölkənin xüsusi nümayəndələrinin qarşılıqlı səfərlər etdiyini vurğulayaraq, "Təbii ki, dərhal nəticə əldə etmək mümkün deyil. Çox böyük problemlər var. Onlar uzun müddət diqqətdən kənarda qaldı. Biz səbirlə münasibətləri yaxşılaşdırmağa doğru gedirik. Atılmalı çoxlu addımlar var. Ancaq başa düşmək lazımdır ki, ABŞ-nin əvvəlki idarəçiliyi zamanı Rusiya-ABŞ münasibətlərinə nə qədər ziyan vurulub. İndi bunun ortadan qaldırılması yönündə ciddi çalışmalar həyata keçirilir”.

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüş ehtimalını dəyərləndirən Peskov, ikisinin gec-tez görüşəcəyini və buna hazır olunması gərəkdiyini deyib.