Kreml Trampın sanksiyaları uzatmasını avtomatik addım adlandırıb Dünya

Kreml Trampın sanksiyaları uzatmasını avtomatik addım adlandırıb

Kreml ABŞ Prezidenti Donald Trampın anti-Rusiya sanksiyalarını daha bir il uzatmasını avtomatik addım adlandırıb.

APA-nın Moskva bürosu xəbər verir ki bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov adlandırıb.

Onun sözlərinə görə, Moskva üçün bu gözlənilməz olmayıb.

"Onsuz da başqa heç nə gözləməyə dəyməzdi. Rusiya və ABŞ ikitərəfli münasibətlərin normallaşdırılması yolunun yalnız başlanğıcındadır və bu münasibətlər yenidən qurulur. Rusiyanın ABŞ-ın hərəkətləri ilə bağlı şişirdilmiş gözləntiləri yoxdur" .

Peskov bildirib ki, Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla Trampla mümkün görüşü ətraflı müzakirə etməyib.

Kremlin sözçüsü Putinin Uitkoffla təmaslarını son dərəcə faydalı adlandırıb.