Qırğızıstan Rusiyaya nota verib Dünya

Qırğızıstan Rusiyaya nota verib

Qırğızıstan Xarici İşlər Nazirliyi Moskva hamam kompleksinə basqınla bağlı Rusiya səfirinə nota verib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiyanın səfiri Sergey Vakunov aprelin 11-də Moskvada “Bodrost” hamam kompleksində ölkə vətəndaşlarına qarşı keçirilən reydlə əlaqədar Qırğızıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev Vakunova nota verib və ondan “Qırğızıstan-Rusiya müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə biləcək” vəziyyətin təkrarlanmaması üçün tədbirlər görməyi xahiş edib.

Qırğızıstan mətbuatının verdiyi məlumata görə, aprelin 11-də polis 60-a yaxın Qırğızıstan vətəndaşının yerləşdiyi Moskva hamam kompleksində reyd keçirib. Hadisə şahidlərinin sözlərinə görə, təhlükəsizlik qüvvələri onları döyüb, daha sonra isə 20-dən çox adam saxlanılıb.