Rəsmi Moskva: Rusiya Gürcüstanla münasibətlər qurmağa hazırdır Dünya

Rəsmi Moskva: Rusiya Gürcüstanla münasibətlər qurmağa hazırdır

Rusiya Gürcüstanla münasibətlər qurmağa hazırdır, həmçinin buna hazır olan bütün ölkələrlə yaxşı münasibətlərdə maraqlıdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr, Gürcüstanla münasibətlərin qurulması üçün dəqiq müddətlər yoxdur, lakin Rusiyanın bu ölkə ilə münasibətləri normallaşdırmaq üçün addımlar atmağa həqiqətən hazır olması faktı doğrudur. Biz hazır olan və bunu istəyən bütün ölkələrlə yaxşı münasibətlər qurmaqda maraqlıyıq", - Kreml rəsmisi vurğulayıb.

Qeyd edək ki, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bəyan edib ki, Moskva Tbilisi ilə diplomatik münasibətləri bərpa etməyə hazırdır.