Türkiyə Sudandakı qaçqın düşərgəsinə edilən hücumu pisləyib Dünya

Türkiyə Sudandakı qaçqın düşərgəsinə edilən hücumu pisləyib

Türkiyənin Xarici İşlər Nazirliyi Sudanın Faşir şəhəri yaxınlığındakı Zəmzəm Qaçqınlar Düşərgəsinə edilən humanitar yardım işçiləri və çox sayda mülki şəxsin ölümü ilə nəticələnən hücumlarla bağlı yazılı açıqlama verib.

Xalqcebhesi.az “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, açıqlamada hücumlar pislənərək, "Mülki vətəndaşların hədəf alınması heç bir şərtlə əsaslandırıla bilməz. Əl-Fəşirin mühasirəsinə və Sudan xalqının əzablarına dərhal son qoyulması çağırışımızı bir daha təkrar edirik" deyə bildirilib.

Açıqlamada həmçinin Türkiyənin Sudanın ərazi bütövlüyü və suverenliyinə güclü dəstəyi bir daha təsdiqlənib.

Qeyd edək ki, Sudan Ordusu Çevik Dəstək Qüvvələrinin ölkənin qərbindəki Şimali Darfur əyalətinin mərkəzi Faşirdə köçkünlər üçün düşərgəyə təşkil etdiyi hücumda 74 nəfərin öldüyünü bildirib.