Hakan Fidan və Rubio Ukraynada atəşkəs səylərini müzakirə edib Dünya

Hakan Fidan və Rubio Ukraynada atəşkəs səylərini müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Telefon danışığında ikitərəfli əlaqələr, Qəzzada humanitar vəziyyət və Rusiya-Ukrayna müharibəsində atəşkəs üçün diplomatik səylər müzakirə edilib.