AB ölkələri Rusiyaya qarşı mayda razılığa gələcək Dünya

AB ölkələri Rusiyaya qarşı mayda razılığa gələcək

Avropa Birliyi (AB) Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır və may ayında bu barədə razılığa gəlməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.

"Müzakirələr davam edir, lakin siz bilirsiniz ki, sanksiyaların tətbiqi üçün 27 ölkənin hamısının razılığı lazımdır. Mənim fikrimcə, mümkün olan ən güclü sanksiyalar paketini tətbiq etmək lazımdır", - Kallas qeyd edib.