Sən özündən 20 dəfə güclü birinə qarşı necə savaşa bilərsən? Dünya

Sən özündən 20 dəfə güclü birinə qarşı necə savaşa bilərsən?

Müharibəyə başlayanda siz qələbə çala biləcəyinizi bilməlisiniz, elə deyilmi? Sən özündən 20 dəfə güclü birinə qarşı müharibə başlada və kiminsə sənə raket verəcəyinə ümid edə bilməzsən.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi barədə danışarkən deyib.

Tramp ilk prezidentliyi dövründə Ukraynaya “Javelin” raketlərinin verilməsi barədə də söz açıb:

“O zaman Obama onlara çarpayı, Tramp isə “Javelin” verdi. Lakin bu olmamalı idi. Bu, əsl biabırçılıqdır. Şəhərlər dağıdıldı və ən əsası, milyonlarla insan öldü. Üç nəfərin ucbatından milyonlarla insan öldü. Bunlardan birincisi Putin, ikincisi nə etdiyini bilməyən Bayden, üçüncü isə Zelenskidir. Mənim işim isə bunu dayandırmağa çalışmaqdır”.