Ukraynaya məxsus 115 PUA məhv edilib Dünya

Ukraynaya məxsus 115 PUA məhv edilib

Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 115 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya hərbçiləri Kursk vilayəti ərazisi üzərində ən çox sayda - 109 PUA-nı məhv edib. Voronej vilayəti üzərində səmada daha üç pilotsuz təyyarə vurulub. Hərbçilər Bryansk və Oryol vilayətləri, eləcə də Moskva vilayəti ərazilərində hərəyə bir PUA-nı zərərsizləşdiriblər.

Cavid