

15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
ABŞ dövlət katibi Marko Rubio və xüsusi elçi Keyt Kelloq ABŞ prezidenti Donald Trampa Ukrayna münaqişəsinin həllində Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirməyi tövsiyə etsələr də, indiyədək onu razı sala bilməyiblər.
Bu barədə ABŞ rəsmilərinə istinadən Wall Street Journal məlumat yayıb.
Nəşr yazır ki, Ağ Evin bir qrup yüksək rütbəli məmuru, o cümlədən Rubio və Kelloq Trampa Rusiya ilə münasibətdə daha diqqətli olmağı, həmçinin “Moskvanın Kiyevdən ərazi güzəştləri tələblərinə daha sərt mövqe nümayiş etdirməyi” tövsiyə edib. RİA Novosti xəbər verir.
Bununla belə, mənbələr ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya prezidenti Vladimir Putinin sülhə nail olmaq istədiyi mövqeyini bölüşdüyünü bildirib. Qeyd olunur ki, hətta ABŞ-ın Rusiya ilə bağlı daha sərt mövqeyini müdafiə edən Tramp müşavirləri də Trampın Ukraynadakı münaqişəyə son qoymaq istəyini dəstəkləyir.
Cavid