Aİ-dən Fələstinə maliyyə yardımı Dünya

Aİ-dən Fələstinə maliyyə yardımı

Avropa İttifaqı (Aİ) yeni üç illik paketlə Fələstinə maliyyə dəstəyini artıracağını açıqlayıb.

Aİ Komissiyasından verilən yazılı açıqlamaya görə, Fələstinin bərpası və dayanıqlığının artırılması üçün Fələstin Administrasiyasına təxminən 1,6 milyard avro dəyərində yardım ediləcək. Paketin bir hissəsi olaraq təxminən 620 milyon avroluq yardım qrantı birbaşa Fələstin Administrasiyasının büdcəsinə veriləcək. Bu da dövlət idarələrinin təcili ehtiyaclarının qarşılanmasına və xidmətlərin göstərilməsinə kömək olacaq.