Trampa ehtiyatlı olmağı tövsiyə edirlər Dünya

Trampa ehtiyatlı olmağı tövsiyə edirlər

“The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır ki, bəzi yüksək vəzifəli Ağ Ev rəsmiləri Donald Trampa Moskvanın Ukrayna ilə sülhlə bağlı bəyanatlarına şübhə ilə yanaşmağı tövsiyə edir.

Nəşr yazır ki, bu qrupa dövlət katibi Marko Rubio və ABŞ-ın Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq daxildir. Onlar Trampa Rusiya prezidenti ilə münasibətlərində daha ehtiyatlı olmağı tövsiyə edirlər.

Bununla belə, WSJ yazır ki, Amerika prezidenti xüsusi elçi Steven Uitkoffu dinləyir. Bu məmurun sözlərinə görə, Vladimir Putin daimi əsasda sülhə nail olmaq istəyir. Uitkoff ümumiyyətlə Moskvanın sülh danışıqlarına girməyə hazır olduğuna inanır. O, artıq iki dəfə Rusiyada prezident Putinlə görüşüb və əmindir ki, Moskva sülh bağlamağa hazırdır. WSJ-nin yazdığı kimi, Tramp da bu fikri bölüşür.

Cavid