İrandan Ermənistana 85 kq narkotikin keçirilməsinin qarşısı alınıb Dünya

İrandan Ermənistana 85 kq narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Ermənistana 85 kiloqram narkotik maddə keçirilməsinin qarşısı alınıb.

APA Ermənistan KİV-ə istinadən məlumatına görə, bu barədə ölkənin Dövlət Gəlirləri Komitəsi xəbər yayıb.

Bildirilib ki, narkotik avtomobilin gizli saxlanc yerindən tapılıb.

Faktla bağlı cinayət işi açılıb, sürücü isə həbs edilib.