Kiyev 1 gündə 6 dəfə Rusiyanın enerji obyektlərinə hücum edib Dünya

Kiyev 1 gündə 6 dəfə Rusiyanın enerji obyektlərinə hücum edib

Kiyev rejimi razılaşmaları pozaraq bir gündə 6 dəfə Rusiyanın enerji obyektlərinə hücum edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Kiyev rejimi martın 18-dən 30 gün müddətinə enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı Rusiya-Amerika razılaşmalarını pozaraq, Rusiyanın enerji infrastruktur obyektlərinə birtərəfli hücumları davam etdirib”, - deyə departamentin açıqlamasında bildirilir.

Müdafiə Nazirliyinin məlumatına görə, bir gündə Rusiyanın üç regionunda altı hücum həyata keçirilib.

Cavid