Pakistanda bombalı hücum olub Dünya

Pakistanda bombalı hücum olub

Pakistanın regional hökumət rəsmisi Şahid Rind bildirib ki, Bəlucistan əyalətinin Məstuk rayonunda bombalı hücum baş verib.

Xalqcəbhəsi.az “TRT Haber”ə istinadən qeyd edir ki, təhlükəsizlik işçilərini daşıyan avtomobilə pusqu qurularaq həyata keçirilən hücumda 3 polis ölüb, 19 nəfər yaralanıb.

Pakistanın baş naziri Şahbaz Şərif verdiyi açıqlamada hücumu pisləyib və terrorla mübarizəni davam etdirəcəklərini vurğulayıb.