İranın bəzi əyalətlərində qum fırtınası səbəbindən məktəblər bağlanıb Dünya

İranın bəzi əyalətlərində qum fırtınası səbəbindən məktəblər bağlanıb

İranın bəzi əyalətlərində qum fırtınası və havanın çirklənməsi səbəbindən dövlət idarələri, banklar və təhsil müəssisələri bağlanıb.

Xalqcəbhəsi.az “Demirören” Xəbər Agentliyinə istinadla bildirir ki, havada həddindən artıq toz olması və bunun nəticəsində havanın çirklənməsi səbəbindən Lorestan, Kirmanşah, Kohgiluye-Buyer Əhməd və Buşehr əyalətlərində bütün səviyyələrdə dövlət idarələri, banklar və təhsil müəssisələri bağlanıb. Əyalətlərdə təhsilin onlayn davam edəcəyi və fövqəladə hallar xidmətinin bölmələrinin işlərini davam etdirəcəyi qeyd olunub.