
Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı
15 Aprel 23:33
15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
Maldiv adaları İsrail pasportu olan şəxslərin ölkəyə girişini qadağan etdiyini açıqlayıb.
Maldiv Prezidenti Mohamed Muizzu bu gün verdiyi açıqlamada, "İsrail pasportu olan şəxslərin Maldiv adalarına daxil olmasını qadağan edən bu dəyişiklik Fələstində davam edən zülmə qarşı mövqeyimizi açıq şəkildə əks etdirir. Maldiv adaları Fələstin xalqı ilə sarsılmaz həmrəyliyini bir daha təsdiqləyir" deyib.
Maldiv adalarında İsrail vətəndaşlarının ölkəyə girişinin qarşısını almaq üçün keçirilən nümayişlərdən sonra əsas müxalifətdə olan Maldiv Demokratik Partiyası (MDP) tərəfindən Nazirlər Şurasına təqdim edilən və İsrail pasportu sahiblərinin Maldiv adalarına girişinin qarşısını alan qanun parlamentdə səs çoxluğu ilə təsdiqlənib.