ABŞ İranla razılaşmanın şərtini elan etdi Dünya

ABŞ İranla razılaşmanın şərtini elan etdi

İran razılaşması yalnız “Trampın razılaşması” olduğu təqdirdə tamamlanacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff sosial şəbəkədə qeyd edib.

“İstənilən yekun razılaşma Yaxın Şərqdə sülh, sabitlik və firavanlıq üçün çərçivə yaratmalıdır - bu o deməkdir ki, İran nüvə zənginləşdirməsi və nüvə silahı proqramlarını dayandırmalı və ləğv etməlidir. Zamanın sınağına tab gətirəcək sərt, ədalətli bir razılaşma əldə etməyimiz dünya üçün vacibdir və Prezident Trampın məndən tələb etdiyi də budur", - o bildirib.

Qeyd edək ki, 12 apreldə ABŞ və İran rəsmiləri arasında Omanda dolayı danışıqlar baş tutub. Danışıqların 19 apreldə davam etməsi razılaşdırılıb.