
Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı
15 Aprel 23:33
15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
Biz bu danışıqlarda nə həddən artıq nikbin, nə də həddən artıq bədbinik. Təbii ki, qarşı tərəfə qarşı çox bədbin, lakin imkanlarımıza nikbin baxırıq.
Xalqcebhesi.az İRNA-ya istinadla xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xamenei Omanda keçirilən ABŞ-İran danışıqları haqda qeyd edib.
O, bu danışıqların İran XİN-in “onlarla vəzifəsindən” biri olduğunu və bu işin ilkin mərhələdə yaxşı aparıldığını vurğulayıb:
“Birgə Kompleks Fəaliyyət Planında buraxdığımız səhv burada təkrarlanmamalıdır. O zaman biz ölkəni asılı vəziyyətə saldıq və hər şeyi danışıqların gedişi ilə şərtləndirdik. İnvestor bir ölkənin danışıqlardan asılı olduğunu görəndə investisiya qoymur.
Ölkənin bütün sahələrdə qarşıya qoyduğu məqsədə çatmaq yolunda irəliləyiş daha yüksək templə davam etməli və heç nə danışıqların nəticəsi ilə bağlı olmamalıdır.
“Sanksiyaların ləğvi bizim səlahiyyətimizdə deyil, sanksiyaları zərərsizləşdirmək bizim səlahiyyətimizdədir və bunun üçün bir çox yol və uyğun daxili imkanlar var və bu məqsədə nail olunarsa, ölkə sanksiyalar qarşısında özünü qoruyacaq”.