
Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı
15 Aprel 23:33
15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
İranın ABŞ-ın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını üçüncü ölkəyə, məsələn, Rusiyaya təhvil vermək təklifinə müqavimət göstərəcəyi gözlənilir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.
Gələcək razılaşma yolunda əsas maneə kimi görünən məsələ Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Arakçı ilə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən ilkin danışıqlarda gündəmə gətirilib.
Tehran israrla son dörd il ərzində yığılan ehtiyatların (zənginləşdirilmiş uranın) Beynəlxalq Atom Enerjisi Agentliyinin ciddi nəzarəti altında İranda qalmalı olduğunu bildirir.
İran tərəfi bunu ABŞ-ın gələcək administrasiyasının sazişdən çıxacağı təqdirdə ehtiyat tədbiri kimi görür.