
Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı
15 Aprel 23:33
15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
ABŞ dövlət katibi Marko Rubio xarici ölkələrə ayrılan 215 milyon dollar qrantı ləğv edib.
Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Hökumətin Effektivliyi Departamenti (DOGE) X sosial şəbəkəsində məlumat yayıb.
"Katib Rubio Dövlət Departamentinin xarici yardımını yaxından nəzərdən keçirməyə davam edir. Bu gün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrantı ləğv edib", - məlumatda bildirilib.
Qeyd olunub ki, söhbət Ermənistan, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Livan, Mavritaniya, Moldova, Tunis və Özbəkistandakı layihələrdən gedir.
Ermənistanda “Demokratik Mədəniyyətin Təşviqi” proqramının maliyyələşdirilməsi üçün 2 milyon dollar ayrılması nəzərdə tutulmuşdu.
Bazar ertəsi “Vaşinqton Post” qəzeti əldə etdiyi sənədə istinadən yazıb ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin büdcəsini təxminən yarıya qədər azaltmağı planlaşdırır. Vurğulanıb ki, Ağ Ev Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə 28,4 milyard dollar ayırmağı təklif edir. Bu, Konqresin 2025-ci il üçün təsdiq etdiyi maliyyədən 27 milyard dollar və ya 48% azdır.