İsrail martın 18-dən bəri Qəzzada 500 min fələstinlini didərgin salıb Dünya

İsrail martın 18-dən bəri Qəzzada 500 min fələstinlini didərgin salıb

Qatil İsrail ordusu yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra martın 18-i səhər şiddətli hücumlarını yenidən başladıb.

Xalqcəbhəsi.az “TRT Haber”ə istinadən bildirir ki, İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 1652 fələstinli həyatını itirib, 4391 nəfər isə yaralanıb.

İsrailin atəşkəsi pozaraq hücumlara başladığı 18 martdan bəri Qəzzada təxminən 500 min fələstinli evlərini tərk etmək məcburiyyətində qalıb.