Zelenski “bacardığı qədər münaqişəni uzadacaq” Dünya

Zelenski “bacardığı qədər münaqişəni uzadacaq”

Vladimir Zelenski hər vasitə ilə münaqişəni uzatmağa və hakimiyyətdə qalmağa çalışır, ona görə də qismən atəşkəsi pozdu.

Bunu britaniyalı analitik Aleksandr Merkuris deyib.

"Heç kim Ukraynanın qismən atəşkəs rejimini pozduğunu inkar etmir. Onlar enerji infrastrukturuna zərbələr endirməkdə davam edirdilər... Rusiya isə əksinə, sözünü tutdu", - RİA Novosti ekspertdən sitat gətirir.

Merkuris qeyd edib ki, mediaya və Ali Radaya nəzarət edən Zelenski “bacardığı qədər münaqişəni uzadacaq”.

"Ukraynada seçkilərin keçirilməsi ideyası iflasa uğradı və Qərbdə heç kim hərbi vəziyyətin uzadılmasına reaksiya verməyib", - analitik əlavə edib.

Cavid