

18 Aprel 19:52
Miqrasiya və sığınacaq məsələlərində üzv dövlətlərin sıx təzyiqi altında olan Avropa İttifaqı (Aİ) Komissiyası bir tərəfdən mövcud prosedurları sürətləndirəcək, digər tərəfdən qaydaları sərtləşdirəcək təkliflə çıxış edib.
Bu çərçivədə Aİ Komissiyası ilk dəfə olaraq təhlükəsiz mənşəli ölkələrinin siyahısını dərc edib.
Aİ Komissiyasının siyahısında olan ölkələrin vətəndaşları üzv dövlətdən sığınacaq üçün müraciət etdikdə, sürətləndirilmiş prosedur tətbiq olunacaq.
Müraciət edilən ölkənin səlahiyyətli orqanları altı ay deyil, üç ay ərzində qərar verəcək. Normal şəraitdə müraciətlərin böyük əksəriyyəti üçün verilən cavabın mənfi olacağı demək olar ki, dəqiqdir.