

18 Aprel 19:52
Kembric Universitetinin alimləri K2-18b ekzoplanetinin atmosferində yerdən kənar həyatın mövcudluğunu göstərə biləcək üzvi birləşmələr aşkar ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.
Söhbət Yerdə yalnız canlı orqanizmlərin, məsələn, dəniz fitoplanktonunun istehsal etdiyi molekullardan gedir. Planet bizdən 124 işıq ili uzaqlığında, Şir bürcündə yerləşir.
Qeyd olunur ki, tədqiqat “Ceyms Vebb” teleskopu və NASA-nın məlumatlarından istifadə etməklə aparılıb.