

18 Aprel 19:52
Türkiyənin Van bölgəsində birmərtəbəli fərdi yaşayış evindən pis qoxu gəldiyi üçün yerli sakinlər vəziyyəti bələdiyyəyə çatdırıblar.
Ətraf Mühitin Mühafizəsi və Nəzarət Şöbəsinin qrupları ünvana gələrək yaşlı cütlüyün yaşadığı evdə təmizlik işləri aparıb.
Evdən 10 ton zibil çıxarılıb. Qruplar evi təmizləyərək dezinfeksiya edib. Çıxan tullantılar maşınlara yüklənərək tullantı mərkəzinə aparılıb. Cütlük daha sonra evlərinə buraxılıb. Yerli sakinlər evi təmizləyən qruplara təşəkkür edib.