Putin İran XİN başçısı ilə görüşüb Dünya

Putin İran XİN başçısı ilə görüşüb

Rusiya preezidenti Vladimir Putin Moskvada səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb.

Xalqcebhesi.az-ın TASS-a istinadən xəbərinə görə, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

İran XİN başçısının gündəliyinə ikitərəfli və regional əməkdaşlıq, eləcə də beynəlxalq arenada birgə fəaliyyət məsələlərinin müzakirəsi daxildir.

Eyni zamanda danışıqlarda Tehranla Vaşinqton arasında İranın nüvə proqramına dair danışıqların da diqqət mərkəzində olması gözlənilir.

Xatırladaq ki, A. Araqçinin özü səfərdən öncə V. Putinə İranın Ali liderinin məktubunu təqdim edəcəyini açıqlayıb.