

18 Aprel 19:52
Kiyev və Vaşinqton bu gün onlayn görüş zamanı mineral ehtiyatlar üzrə saziş çərçivəsində niyyət memorandumu imzalaya bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“İndi komandamız amerikalı həmkarları ilə faydalı qazıntılarla bağlı memorandum üzərində işləyir. Məhz indi, mən bu anı nəzərdə tuturam”, - deyə o bildirib.