Türk ölkəsi Rusiyanın videoportalını blokladı Dünya

Türk ölkəsi Rusiyanın videoportalını blokladı

Özbəkistanda Yutub alternativ sayılan Rusiyanın Rutub videohostinqi bloklanıb.

Xalqcebhesi.az xəbər verir ki, platformanın linkinə daxil olan zaman istifadəçilər ölkənin onlayn resursa məhdudiyyətin tətbiq olunması ilə bağlı məlumatın peyda olduğunu görürlər.

Qeyd edilir ki, sayt müharibənin, zorakılığın və terrorizmin təbliği, milli, irqi, etnik və ya dini ədavəti qızışdıran məlumatların yayılması səbəbindən bloklana bilər.

Özbəkistan hakimiyyəti hələlik Rutuba girişin məhdudlaşdırılması ilə bağlı heç bir şərh verməyib.