

18 Aprel 19:52
Çin Rusiya Federasiyasına Ukrayna ilə müharibədə istifadə olunması üçün silah tədarük edir. Kiyev bu əməkdaşlıqla bağlı müvafiq məlumatlar əldə edib.
Xalqcebhesi.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.
“Çox xoş olmayan, lakin vacib bir məlumat almışıq. Çin Xalq Respublikasının Rusiya Federasiyasına silah tədarük etdiyi barədə məlumat əldə etmişik. Hazırda bizdə Ukrayna Təhlükəsizlik Xidməti və kəşfiyyatın barıt və artilleriyanın göndərilməsinə dair məlumatı var”, – deyə Zelenski bildirib.
Prezidentin sözlərinə görə, bu məsələ ilə bağlı daha ətraflı məlumat gələn həftə ictimaiyyətə açıqlanacaq.