Rubio Ukrayna tərəfi ilə Fransada baş tutan təmaslar barədə Lavrovu məlumatlandırıb Dünya

Rubio Ukrayna tərəfi ilə Fransada baş tutan təmaslar barədə Lavrovu məlumatlandırıb

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, danışıq zamanı Sergey Lavrov Moskvanın Ukrayna böhranının əsas səbəblərinin aradan qaldırılması məqsədilə ABŞ-la əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Həmçinin vurğulanıb ki, hazırda Fransada səfərdə olan ABŞ dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoffla birlikdə Ukrayna, Fransa və bir sıra digər Avropa ölkələrinin nümayəndələri ilə keçirdikləri görüşlər barədə rusiyalı həmkarını məlumatlandırıb.