UNICEF-dən çağırış: Bu, hamımızı ürəkdən sarsıtmalıdır Dünya

UNICEF-dən çağırış: Bu, hamımızı ürəkdən sarsıtmalıdır

Qatil İsrail ordusunun atəşkəsi pozaraq son 24 saatda başlatdığı hava hücumlarında 15 fələstinli uşaq həyatını itirib.

BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Qəzzadakı qətliamın acı nəticələrini ələ alaraq atəşkəs çağırışı edib: "Uşaqların müvəqqəti çadırlarda yanması hamımızı ürəkdən sarsıtmalıdır".

İsrailin martın 18-də atəşkəsi pozmasından sonra Qəzzada təxminən 600 uşağın öldüyünü, 1600 uşağın isə yaralandığını qeyd edən K.Rassel, "Bütün tərəflər beynəlxalq humanitar hüquqa əməl etməlidir. Mülki insanları qoruyun, yardımı asanlaşdırın. Məhbusları azad edin. Atəşkəsi yeniləyin" deyə vurğulayıb.