

18 Aprel 19:52
Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbçisi Kursk vilayətində rus döyüşçülərinə təslim olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İdarənin videogörüntülərindən belə görünür ki, ondan çox ukraynalı əsgərdən ibarət qrup təslim olub.
Müdafiə Nazirliyi aydınlaşdırıb ki, humanitar mülahizələri rəhbər tutaraq “Şimal” qoşun qrupunun hərbi qulluqçuları Rusiya qanunlarına və beynəlxalq hüquq normalarına uyğun olaraq silahı yerə qoyaraq təslim olmuş Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin həyatına və onlara layiqli rəftarına zəmanət verir.
Cavid