Türkiyədə 29 qeyri-qanuni miqrant tutulub Dünya

Türkiyədə 29 qeyri-qanuni miqrant tutulub

Türkiyənin İzmir şəhərinin Sahil Təhlükəsizlik Komandanlığı qrupları vətəndaşların Dikili rayonu sahillərində rezin qayıqda miqrantların olduğunu bildirməsi üzərinə hərəkətə keçib.

Xalqcəbhəsi.az “sabah.com.tr” saytına istinadla bildirir ki, qruplar, rezin qayıqda 29 qeyri-qanuni miqrantı ələ keçirib. 10-u uşaq olmaqla 29 qeyri-qanuni miqrant sahilə çıxarılıb.

Prosedurların ardından onlar Bölgənin Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.