Təyyarəni qaçırmağa cəhd edən şəxs zərərsizləşdirilib Dünya

Təyyarəni qaçırmağa cəhd edən şəxs zərərsizləşdirilib

Karib hövzəsindəki Belize ölkəsində təyyarəni qaçırmağa cəhd edən ABŞ vətəndaşı sərnişin tərəfindən vurularaq öldürülüb.

CBS News-un məlumatına görə, Belize polis rəisi Çester Uilyams hadisə ilə bağlı jurnalistlərə açıqlama verib. Ç.Uilyams ABŞ vətəndaşı Akinyela Taylorun Tropic Air şirkətinə aid təyyarəsini qaçırmağa cəhd etdiyini söyləyib.
Ç.Uilyams Taylorun təyyarə havada olarkən bıçaq çəkdiyini və daxili reysin ölkə xaricinə yönləndirilməsini tələb etdiyini bildirib. Təyyarədə 14 sərnişin və 2 ekipaj üzvü olub.

Ç.Uilyams üç sərnişini bıçaqlayan Taylorun daha sonra silah icazəsi olan bir sərnişin tərəfindən vurulduğunu və zərərsizləşdirildiyini söyləyib.

Belize hava limanının rəsmiləri təyyarənin təsadüfi istiqamətlərdə uçduqdan sonra təhlükəsiz yerə endiyini və yaralıların xəstəxanaya aparıldığını bildirib.