

18 Aprel 19:52
Rusiya Ordusu Xarkova ballistik raketlərlə zərbələr endirib.
APA-nın “UNIAN“a istinadən xəbər verir ki, ilkin ehtimala görə, bir dinc sakin həlak olub, 57 nəfər yaralanıb.
Əhalinin sıx yaşadığı ərazilər hədəf alınıb.
Yaralıların arasında 5 uşağın olduğu açıqlanıb.
Zərbələrin təsirindən hündürmərtəbəli yaşayış binasının pəncərələri sınıb.