

18 Aprel 19:52
Türkiyənin İzmir Respublika Prokurorluğunun koordinasiyasında FETÖ/PDY-nin hərbi gizli strukturunda fəaliyyət göstərdiyi təsbit edilən 10 şübhəli barəsində əməliyyat keçirilib.
Xalqcəbhəsi.az “Demirören” Xəbər Agentliyinə istinadla bildirir ki, bütün şübhəlilər İzmir mərkəzli olaraq Ankara, İstanbul, Kocaeli və Antalyada eyni vaxtda həyata keçirilən basqınlarda saxlanılıb.
Şübhəlilər arasında Qanun Hökmündə Qərarnamə (KHK) ilə qapadılan hərbi məktəblərlə əlaqələri kəsilənlərin də olduğu bildirilib.