

18 Aprel 19:52
ABŞ-ın keçmiş prezidenti Co Baydenin tədbirdə çıxışı təşkilatçılara 300 min dollara başa gələcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Nyu York Post” mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, ABŞ-ın keçmiş prezidentinin tələbləri siyahısına şəxsi təyyarə ilə uçuş, çıxış üçün başqa şəhərə getməli olduğu halda beş köməkçisinin xidmət haqqının ödənilməsi də var:
“Bu məbləğ ABŞ-ın 44-cü lideri Barak Obamanın 2017-ci ildə Ağ Evi tərk etdikdən sonra çıxışı üçün tələb etdiyi 400 min dollardan 25% aşağıdır”.