Ukrayna Rusiyadan 909 hərbçinin meyitini aldı Dünya

Ukrayna Rusiyadan 909 hərbçinin meyitini aldı

Rusiya ilə Ukrayna arasında müharibədə həlak olan şəxslərin meyitlərinin mübadiləsi baş tutub.

Xalqcebhesi.az xəbər verir ki, məlumatı Ukraynanın Hərbi Əsirlərlə Rəftar üzrə Koordinativ Qərargahı Teleqram kanalında yayıb.

Məlumata görə, Ukrayna 909 hərbçinin meyitini təhvil alıb, 41 nəfərin meyitini isə Rusiya tərəfinə təhvil verib.

Ukraynaya geri qaytarılan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesinə qısa müddətdə başlanılacağı da açıqlanıb.