Tramp: Ukraynada vəziyyət nizamlanmağa doğru gedir Dünya

Tramp: Ukraynada vəziyyət nizamlanmağa doğru gedir

Ukraynada atəşkəs və münaqişənin həlli ilə bağlı razılaşmaların əldə olunması prosesi sona yaxınlaşır.

Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Düşünürəm ki, bizim bunu etmək üçün həqiqətən yaxşı şansımız var. Və hər şey indi sona yaxınlaşır", - Tramp bildirib.

Tramp, hər iki tərəfin ruh yüksəkliyi nümayiş etdirdiyinə əmin olduğunu deyib.