Fələstin lideri Əsəddən sonra ilk dəfə Suriyaya gəldi Dünya

Fələstin lideri Əsəddən sonra ilk dəfə Suriyaya gəldi

Fələstin Prezidenti Mahmud Abbas keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra ilk dəfə dövlət səfəri üçün Dəməşqə gəlib.

Xalqcebhesi.az xəbər verir ki, Dəməşq hava limanında onu Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani qarşılayıb.

Abbasın Suriyanın yeni prezidenti Əhməd əş-Şara ilə görüşəcəyi gözlənilir.