

18 Aprel 19:52
ABŞ dövlət katibi Marko Rubio və ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts Tehranın nüvə silahı hazırlaya biləcəyi iddia edilən obyektlərə zərbələr endirilməsinin tərəfdarıdır.
Xalqcebhesi.az xəbər verir ki, bununla bağlı “Washington Post“ öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, dövlət başçısı Donald Trampın çevrəsində ölkənin İran siyasəti ilə bağlı mübahisələr var.
Hazırda ABŞ lideri Tehranla diplomatik sahədə qarşılıqlı əlaqəni davam etdirmək istəyir.
Lakin Trampın hansı nəticəyə can atdığı və bunu nə qədər gözləməyə hazır olduğu məlum deyil.