

19 Aprel 19:22
19 Aprel 18:01
19 Aprel 17:57
Romada İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
***13:49
Romada İran-ABŞ danışıqlarının ikinci raundu başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Danışıqlara İran xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.
Qeyd edək ki, İran və ABŞ arasında danışıqların ilk raundu 12 apreldə Omanda keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilib.
***11:03
İran nümayəndə heyəti danışıqlarda iştirak etmək üçün Romaya gəlib.
Bu barədə Xalqcebhesi.az “Azad İran” Telegram” kanalına istinadən xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçının başçılıq etdiyi nümayəndə heyəti Omanın vasitəçiliyi ilə İran-ABŞ danışıqlarının ikinci raundunda iştirak etmək üçün bu gün səhər İtaliyanın paytaxtı Romaya gəlib
.