

19 Aprel 19:22
19 Aprel 18:01
19 Aprel 17:57
ABŞ-la danışıqların ikinci raundu konstruktiv və perspektivli olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi ABŞ-la Romada keçirilən danışıqlardan sonra bildirib.
Nazir danışıqların konstruktiv şəraitdə keçdiyini vurğulayıb.
Onun sözlərinə görə, bugünkü danışıqlar 4 saata yaxın çəkib.
“Bugünkü görüş yaxşı və perspektivli görüş oldu. Bu dəfə biz bir sıra prinsiplər və məqsədlər üzərində daha yaxşı anlaşma əldə edə bildik. Danışıqlar davam edəcək və ekspert görüşləri başlayacaq”.
Araqçi deyib ki, ekspertlər səviyyəsində texniki danışıqlar aprelin 23-də Omanda keçiriləcək. Gələn həftə ekspert danışıqlarından sonra dolayı danışıqların üçüncü raundu yenidən başlayacaq.
Araqçi danışıqların 3-cü raundunun 26 apreldə təşkil olunacağını əlavə edib.
Qeyd edək ki, bu gün Romada Oman səfirliyində İran xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında dolayı danışıqlar baş tutub.