Kit Kelloq: Ukrayna NATO-ya üzv olmayacaq, bu məsələ müzakirə olunmur Dünya

Kit Kelloq: Ukrayna NATO-ya üzv olmayacaq, bu məsələ müzakirə olunmur

“Bizim fikirlərimiz tamamilə aydındır. Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil”.

Xalqcebhesi.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq “FOX News” telekanalının efirində söyləyib.

O, bildirib ki, ölkəsinin bu məsələ ilə bağlı mövqeyi yeni deyil:

“Hələ 2008-ci ildə Rusiyadakı səfirimiz Uilyam Berns o vaxtkı dövlət katibi Kondoliza Raysa Ukraynanın NATO-nun üzvünə çevrilməsinin əlçatmaz məqsəd olduğunu açıqlamışdı”.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin istəyinə zidd olaraq bu ölkənin NATO-nun üzvü olmayacağını bəyan edib.