Putinin atəşkəs elanı: Döyüşlər daha da şiddətləndi Dünya

Putinin atəşkəs elanı: Döyüşlər daha da şiddətləndi

Rusiya hərbçiləri Xersonda mülki infrastruktura yenidən hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

Məlumata görə, bu gün rus hərbçilər Xersonda çoxmərtəbəli binaya PUA-larla hücum ediblər. Hücum nəticəsində ən azı altı mənzildə yanğın baş verib.

Ölənlər barədə hələlik məlumat yoxdur.

Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin “Pasxa barışığı” elan etdikdən sonra da bütün istiqamətlərdə döyüşlər davam edir. Ukraynanın şərqində intensiv atəşlər qeydə alınıb.