

19 Aprel 19:22
19 Aprel 18:01
19 Aprel 17:57
Ağ Evdə və Konqresdə Ukraynaya yeni hərbi yardımın göstərilməsi ilə bağlı müzakirə aparılmır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Ukraynanı dəstəkləyən konqresmenlər qəzetə bildiriblər ki, Prezident Baydenin dövründə təsdiqlənmiş yardımın məbləği tükənsə də, nə Konqresində bununla bağlı müzakirə var, nə də Ağ Evdə.
Yüksək səviyyəli avropalı məmurlar Ukraynaya kəşfiyyat məlumatı ötürməyə davam edəcəyinə dair ABŞ-dan zəmanət almadıqlarını da vurğulayıblar.
Nəşr yazıb ki, hazırda ABŞ administrasiyası Ukraynaya nə verə biləcəyini deyil, Ukraynadan nə ala biləcəyini düşünür.