Ukrayna qoşulsa, AB dağılacaq - Puşkov Dünya

Ukrayna qoşulsa, AB dağılacaq - Puşkov

Ukraynanın Avropa Birliyinə (AB) qoşulması birliyin dağılmasına səbəb ola bilər.

Xalqcebhesi.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri rusiyalı senator Aleksey Puşkov deyib.

“Ukrayna avantürası Avropa İttifaqını gücləndirmək əvəzinə, onun sonunun başlanğıcı ola bilər”, – Puşkov qeyd edib.

Senatorun fikrincə, Ukraynanın qəbulu ilə nəticələnəcək qüvvələrin bölünməsi və həddən artıq gərginləşməsi son nəticədə Avropa ölkələri bloku üçün fəlakətli olacaq.